“Zirə” Coşqun Diniyevlə bağlı apellyasiya şikayəti verib

26.10.2022 12:34 445
Ölkə futbolu / Manşet
Ötən həftə AFFA İntizam Komitəsi 10-cu turda qeydə alınan qayda pozuntuları ilə qərarlar verib.

"Football-plus.az" xəbər verir ki, ən yüksək cərimə "Zirə"yə kəsilib. Belə ki, "Sabah" - "Zirə" matçında Coşqun Diniyev 84-cü dəqiqədə ikinci rəsmi xəbərdarlıq almaqla qırmızı vərəqəylə meydandan qovulduğuna görə 1 oyun cəzalanıbsa, komandası 200 manat ziyana düşüb. Futbolçu meydanı tərk etdikdən sonra giriş qapısının şüşəsini sındırdığıına görə də 1 oyun cəzalıb, klub isə 2400 mamat cərimələnib. Bundan başqa, qəsəbə təmsilçisinin azarkeşləri stadionda nalayiq ifadələr səsləndirdiyinə görə də klub 4000 manat "tərləyəcək". Yəni, ümumilikdə "Zirə" 6600 manat ziyana düşüb..

Görəsən, klub rəhbərliyi cəzalarla bağlı apellyasiya şikayəti verəcək? Bu məsələni aydınlaşdırmaq üçün klubun mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:

"Apellyasiya şikayəti vermişik. İddiamız Coşqun Diniyevin şüşələri sındırdığı
na görə əlavə təyin olunan 1 oyunluq cəza ilə bağlıdı. İddiamız odu ki, futbolçumuza təyin olunan 1 oyunluq cəza 2 oyunluq olmasın".

ABDULLA İSMAYILOĞLU