AGİN Şamil Quliyevi Babək Həmidovla əvəzlədi

28.04.2023 15:13 380
Aktual
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru dəyişib. Şamil Quliyev vəzifəsindən ayrılıb.

"Football-plus.az" olaraq bunun səbəbini özündən soruşduq:

“Uzun illərdi fasiləsiz fəaliyyət göstərirdim. Stadionda da 8 il çalışmışam. Artıq yaş sözünü deyir. İstirahət etmək istəyirəm”.


Görəsən, stadionun yeni rəhbəri kim olacaq? Sualımızı gənclər və idman nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevə ünvanladıq:

“Artıq yeni rəhbər bəllidi. Babək Həmidov müvəqqəti stadionun direktoru vəzifəsinə təyin olunub”.


KƏNAN BAHADIR