Azərbaycan "Qran-Pri"sinin bütün biletləri satıldı

24.04.2023 22:12 249
İdman
Formula 1 üzrə Azərbaycan "Qran-Pri"sinin bütün biletləri satılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və Azərbaycanın yeddinci dəfə ev sahibliyi edəcəyi Azərbaycan qran-prisinə bütün tribuna biletləri alınıb.

Budəfəki yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən azarkeşlərin iştirak edəcəyi gözlənilir.

Aprelin 28-də, cümə günü start götürəcək Azərbaycan "Qran-Pri"si bu il ilk dəfə olaraq sprint yarışına da ev sahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan Azərbaycan "Qran-Pri"si bazar günü baş tutacaq.