İkinci dövrənin əvvəlində Vüqar Quliyevi istefaya göndərən “Sumqayıt” rəhbərliyi boş qalan posta Azər Mehdiyevi dəvət etdi. Ancaq “kimyaçılar”ın “ikincilər”i Mehdiyevin rəhbərliyi altında cəmi 4 oyuna çıxdı ki, ondan sonra “sükan arxası"na Vaqif Cavadov dəvət olundu.
“Football-plus.az”a açıqlama verən Mehdiyev komandadan ayrılmasına belə münasibət bildirdi:
“İlk gündən rəhbərlik mənə müvəqqəti olduğumu bildirmişdi. Onu da demişdilər ki, istənilən vaxt yeni baş məşqçi təyin oluna bilər. Odu ki, Vaqif Cavadovun təyinatı gözlənilməz olmadı.
Vaqif futbolçu kimi sözünü demiş oyunçulardan olub. İnanıram ki, məşqçi kimi də bacarığını nümayiş etdirəcək. Rəhbərlik növbəti mövsümü fikirləşdiyindən indidən onun komandanın başında olmasını istədi. Bu da düzgün addımdı. Mövsümlərarası fasilədə seleksiyaya əlavə vaxt itirməyəcək. Ona uğurlar arzulayıram”.
RƏŞAD