Ronaldinyo oğlu ilə bağlı vacib qərar verdi

11.02.2023 22:02 247
Dünya futbolu
Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyra "Barselona" ilə müqavilə imzalayacaq.

Football-plus.az xəbər verir ki, bu haqda əfsanəvi yarımmüdafiəçi RAC-1 telekanalına açıqlama verib.

O bildirib ki, bu ilin yanvarından Kataloniya təmsilçisinin düşərgəsində olan Mendeş bu komandada oynamağa davam edəcək:

"Onun transferindən sonra Barselonada həmişəkindən daha çox vaxt keçirəcəyəm".

Xatırladaq ki, Ronaldinyo 2003-08-ci illərdə "Barselona"da çıxış edib.