İslandiya yığmasında baş məşqçi problemi həllini tapıb. Komandanı bundan sonra Oqe Hareyde çalışdıracaq.
"Football-plus.az" xəbər verir ki, AÇ-2024-ün seçmə turnirində keçirdiyi ilk iki oyundan sonra yığmanın sabiq çalışdırıcısı Arnar Vidarsson istefaya göndərilmişdi. Onun yerini tutan Hareyde Norveç (2003-08) və Danimarka (2016-20) milli komandalarındakı çıxışı ilə tanınır. 69 yaşlı norveçli mütəxəssisin sonuncu iş yeri İsveç “Malmö”sü olub.
İslandiya yığması hazırda qitə çempionatının seçmə turnirində 2 oyuna 3 xalla Portuqaliya (6), Slovakiya (4), Bosniya və Hersoqovinadan (3) sonra 4-cü yeri tutur. J qrupunda Lüksemburq (1) və Lixtenşteyn (0) də çıxış edir.