"Neftçi" şikayətə hazırlaşır - AÇIQLAMA

21.04.2023 22:54 511
Premyer-liqa / Manşet
AFFA İntizam Komitəsi “Neftçi”nin prezidenti Kamran Quliyevi cəzalandırıb.

Belə ki, o, Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. Klub isə 4000 manat cərimə olunub. Klub rəhbərinə 6 aylıq sınaq müddəti təyin edilib.

Buna səbəb Kamran Quliyevin Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən “Turan Tovuz” – “Neftçi” matçının fasiləsi zamanı rəsmi şəxslərə qarşı işlətdiyi ifadələr olub.

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məsələnin detalları haqda "Football-plus.az"a bunları dedi:

"Futbolun hiss-həyəcanı hər kəsə bəllidi. Həmin məqamda rəhbərimiz emosional tərzdə hakimin qərarına etirazını bildirib. Çünki Azərbaycan Kubokunu əldə etmək üçün uzun zamandı əziyyət çəkirik. Bir səhv bütün xəyallarımızı puç edə bilər.

Kamran bəy cəzalandırılacaq hərəkət etməyib. Narazılığımızı bildirib, haqqımızı tələb edəcəyik. Apellyasiya Arbitraj Tribunalına müraciət etmək üçün hazırlaşırıq".


KƏNAN BAHADIR