"Real" futbolçuları Modriçlə zarafatlaşdı

11.11.2022 11:15 437
Dünya futbolu
"Real Madrid" futbolçuları sosial şəbəkələrdə "Kadis"lə oyunun 79-cu dəqiqəsində Luka Modriçin boş qapını nişan ala bilməməsi ilə bağlı zarafatlaşıblar.

"Football-plus.az" xəbər verir ki, futbolçuların dialoqu belə olub:

Modriç: "Deyirlər, kimsə açıq-aydın qol şansını əldən verib..."

Vinisius: "Narahat olmayın, hər şey yaxşıdı".

Modriç: "Mənə çox pis ötürmə verdin!"

Vaskes: "Qol vurmağa çox yer yox idi"