Modriç "Real"da qala bilər

21.09.2022 22:30 355
Dünya futbolu
Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç 2024-cü ilə qədər "Real"da qala bilər.

Oyunçunun gələcəyi ilə bağlı tam qərarı gələn il verəcək. Lakin o qalmaq istəsə, tez bir zamanda yeni müqavilə bağlanacaq. Modriç hesab edir ki, fiziki forması ona "kral klubu"nun əsas heyətində çıxış etməyə imkan verir.