Azərbaycanda çalışmış məşqçi Mahir Emreli ilə görüşdü

20.04.2023 22:50 289
Ölkə futbolu / Manşet
Dünən Türkiyə superliqasının 29-cu turunda "Konyaspor" "Adana Demirspor"a məğlub oldu - 1:2.

"Football-plus.az" xəbər verir ki, meydan sahiblərinin yeganə qolunu millimizin üzvü Mahir Emreli vurub. Oyunu izləyənlər arasında 19 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq baş məşqçisi Miloş Velebit də olub. O, futbolçumuzla və "Konyaspor"un baş məşqçisi Aleksandr Stanoyeviçlə görüşüb. Serbiyalı mütəxəssis hadisə ilə bağlı fikirlərini "Football-plus.az"a açıqladı:

"Konyaya tətilə gəlmişəm. Özümə görə klubun işlərini izləyirəm. Burda məşqlərinə və oyunlarına baxıram. Baş məşqçi Stanoyeviç mənim dostumdu. O, əla məşqçidi. Dünən azərbaycanlı futbolçu Mahir möhtəşəm qol vurdu. Əla idi. Lakin hakimlər "Konyaspor"u uduzdurdular. Amma bu, Mahirin oyuna kölgə sala bilməz. "Konyaspor" klub olaraq əla formalaşıb. Onların hər cür şəraiti var".

İLKİN SULTANLI