• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çox böyük bazası, maddi imkanı, güclü əlaqələri olan qurum bunu bacarmırsa, klublar necə etsin?” - Səbuhi Səfiyarlı

Premyer-liqa / Manşet

18-04-2023, 18:0

Son günlər futbol ictimaiyyətinin ən çox müzakirə etdiyi məsələ AFFA-nın klublara tətbiq etmək istədiyi qadağadı.

Qısaca xatırladaq ki, assosiasiya rəhbərliyi yerli futbolçuların inkişafını nəzərə alaraq, yeni mövsümdən klublara ayrılacaq 3 milyon manatın legioner transferinə xərclənməsini istəmir. Klublar Komitəsinin son toplantısında isə elita təmsilçiləri bu qadağa ilə razılaşmayıb və AFFA-ya bununla bağlı müraciət ünvanlayıb.

Vaxtilə “Neftçi”, “İnter” (Şamaxı), “Qəbələ” kimi klublarda çalışan, hazırda agent kimi fəaliyyət gösərən Səbuhi Səfiyarlı ilə söhbətdə sözügedən məsələyə münasibət bildirməsini istədik.Tanınmış agent “Football-plus.az” açıqlamasında bunları söylədi:

“Assosiasiya rəhbərliyi Azərbaycan futbolunun inkişafi istiqamətində addım atmaq istəyir. Çox doğru addımdı, lakin prosesin həyata keçirilməsində çox böyük yalnışlıqlar var. Birincisi, turnir cədvəlində ilk sıralarda qərarlaşan klublarla digərləri arasında çox böyük fərq var. Elə klublar var ki, xaricdən oyunçu almağa gücü çatmır. Onların yerini yerli futbolçularla doldurmaq lazımdı. Azərbaycanda da onları əvəz edə biləcək yerli futbolçu yox səviyyəsindədi. Adi riyazi hesablama aparaq. Bu gün “Qarabağ”, “Sabah” və “Neftçi”nin heyətində 13-14 yerli var. Limitə görə 4-5 oyunçu oynayanda digərləri ehtiyatda qalmalıdı. Klubların hərəsinin təxminən 5-6 tutarlı futbolçusu var. Bəllidi ki, legioneri əlavə vəsait hesabına gətirmək olur. “Qarabağ”, “Sabah” və “Neftçi”ni çıxaq, hansı komandanın o qədər gəliri var? Bəzilərinin sponsoru belə yoxdu. Digər klubların ortalama 300 min dollar gəliri ola bilər ki, bu pula da cəmi 3 futbolçu almaq mümkündü. Əlavə 8 futbolçu da lazımdı. 7-8 nəfər də ehtiyada olmalıdı. Premyer-liqada 10 komanda varsa, bizə azı 100 legioner lazım olur. Gəlin görək, Azərbaycanda bu gün əcnəbiləri əvəz edə biləcək 100 səviyyəli yerli futbolçu var? Həmin AFFA, həmin İcraiyyə Komitəsi yaxşı bilir ki, millidə oynatmağa 11 futbolçu tapa bilmirik. Başqa ölkələrdən gətirdiyimiz oyunçuları, Azərbaycana lazım olmayan şəxsləri, dilimizi bilməyənləri “milliləşdirib” meydana çıxarırıq. Çox böyük bazası, maddi imkanı, güclü əlaqələri olan qurum bunu bacarmırsa, klublar necə etsin?

İkinicisi, həmişə deyirik ki, yerli futbolçuların inkişafını istəyiriksə, ölkə xaricinə yollanmalıdılar. Tələbat birdən-birə bu qədər artarsa, kim xaricə getmək istəyəcək? Heç kim. Bu o deməkdi ki, olmayan səviyyə bir az da düşəcək, inkişaf bir qədər də dayanacaq. Və yerli futbolçuların dəyəri süni şəkildə artacaq. Klublar arasında qırğın düşəcək. Digər məsələ ondan ibarətdi ki, yaxşı futbolçu, sadəcə, rəqabət mühitində yetişə bilər. Yerli futbolçular həm legionerlərlə, həm də öz aralarında rəqabət aparmalıdı ki, inkişaf etsin. Biz vaxtilə kiməsə inanıb, 21 yaş limitini tətbiq etmişdik. Ola bilər ki, bunun sayəsində 1-2 futbolçu yetişdi. Lakin vəziyyət elə oldu ki, limitə görə onlar arxayınlaşdı. Düşündülər ki, onsuz da hansı şəraitdə olur-olsun, meydana çıxacaqlar. Əksinə, onlar daha artıq əziyyət çəkib daha da inkişaf edə bilərdilər. Yerli futbolçuların inkişafını istəyiriksə, rəqabətə üstünlük verməliyik. Biz indi onlar üçün bunu etmirik. Əksinə, rəqiblərini sıradan çıxarırıq. Onlar da rahatlaşır ki, çatmayan futbolçuların əzəvinə onsuz da oynaya biləcəklər. Rəsmi olmasa da, qonşu ölkələrdə gəzən söhbətlərə görə, ölkə çempionatında rəqabət aşağı düşəndə, futbolçuların yetişməsi üçün lazım olan mühit formalaşamayanda ulduz futbolçunun transfer edilməsi barədə klublara tapşırıq verilir. Bunun sayəsində digər futbolçular da inkişafa can atır. Bu təcrübəyə əsasən Türkiyə futbolunda rast gəlmək mümkündü”.


Səbuhi bəy məsələnin hüquq tərəfinə də toxunmağı lazım bildi:

“İşin əsas və hüquqi tərəfinə gəlincə, məsələn, “Qəbələ” hansısa legionerlə 2 illik müqavilə bağlayıbsa və bunun bir ili artıq geridə qalıbsa və AFFA 3 milyonla onun pulunu ödəməyə icazə vermirsə, klub nə edəcək? Hələ bu 1 yox, 2-3 futbolçu olsa, nə baş verəcək? Klubların o qədər maddi gücü yoxdu axı. Ümumiyyətlə, bu addım istiqamət olaraq doğrudu, lakin qeyri-peşəkar davranışdı. Daha fərqli yöndə etmək daha faydalı olar. Qərarın qəbul edilmə zamanı da düzgün seçilməyib. Yeni mövsümün başlamasına 3-4 ay qalmış belə qərar vermək yanlışdı. Hardasa 1 il əvvəldən demək lazım idi ki, klublar buna uyğun götür-qoy edə bilsin. Bu planın həyata keçirilməsi üçün Azərbaycan futboluna azı 2-3 il vaxt lazımdı. Klublar da bu zaman kəsiyində gənc oyunçuları əsas heyətə hazırlaya bilərlər. Həmçinin əlavə sponsor tapmağa da vaxt qazanmaq olar. Bu işləri 3 aya etmək mümkün deyil”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Manşet

17-04-2023, 16:0

Klublar AFFA-nın planlarından narazıdı

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 218
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 156
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə