Azərbaycan "Qran-pri"sindən əvvəl media üçün seminar təşkil olundu - "Formula 1"

18.04.2023 14:12 245
İdman
Bakı Şəhər Halqası (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran Prisindən əvvəl media üçün seminar keçirib.

"Football-plus.az" xəbər verir ki, yarış zamanı media mərkəzinin fəaliyyəti, iş qrafiki, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə məlumat verilib.

Ümumilikdə 90-a yaxın yerli media nümayəndəsinin akkreditasiya müraciətinin qeydə alındığı vurğulanıb.

Qeyd edək ki, Bakıdakı yarış 28 - 30 apreldə baş tutacaq.