• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vaqif Əliyev: “Futbolçularımız fiziki cəhətdən rəqiblərdən çox geri qalırdı”

Ölkə futbolu / Manşet

17-04-2023, 20:0

Aprelin 6-9-u aralığında Türkiyənin İzmir şəhərində ənənəvi “İzmir Cup-2023” beynəlxalq turniri keçirilib.

“Football-plus.az” xəbər verir ki ölkəmizi yarışda “Qarabağ” və “Neftçi”nin U-12 komandaları təmsil edib. E qrupunda yer alan “Qarabağ” ilk oyunda “Bursaspor” (Türkiyə) ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb. Ağdamlıların 12 yaşlıları sonrakı iki görüşdə “Ayaks” (Niderland) və “Srvena Zvezda”ya (Serbiya) eyni hesabla (0:2) məğlub olub. “Köhlən atlar” ikinci oyun günündə 5 görüşə çıxıb. “Ayntraxt” (Almaniya) və “Manisa” (Türkiyə) üzərində 1:0 hesablı qələbələr qazanılıb. “İstanbul BŞ” və “Altınordu”ya (hər ikisi Türkiyə) eyni hesabla (0:1) uduzan komanda son turda “Porto” (Portuqaliya) ilə qolsuz bərabərə qalıb. Bu nəticələrdən sonra hesabında 8 xal olan “Qarabağ” E qrupunda 6-cı yeri tutub və pley-offa vəsiqə qazana bilməyib.

H qrupunda yer alan “Neftçi”nin U-12 komandası isə turnirdəki ilk matçını “Yuventus”a (İtaliya) qarşı keçirib. “Ağ-qaralar”ın duelində qapılara qol vurulmayıb – 0:0. “Girəsunspor”a (Türkiyə) 1:0 qalib gələn bakılılar günün son matçında “Şalke-04”ə (Almaniya) eyni hesabla uduzub. Komanda sonra “Beşiktaş”ı (Türkiyə) və “Vesterlo”nu (Belçika) 1:0, “Urla Bələdiyyəsi”ni (Türkiyə) isə 3:0 hesabı ilə üstələyib. Eyni zamanda, “ağ-qaralar” “Mets”ə (Fransa) minimal (0:1), “Zenit”ə (Rusiya) böyük hesabla (0:6) məğlub olub. Buna baxmayaraq, bakılılar H qrupunda 13 xalla 4-cü yeri tutaraq pley-offa vəsiqə qazanmağı bacarıb. Təəssüf ki, 1/16 finalda “Brügge” səddini keçmək mümkün olmayıb - 0:2

“Neftçi”nin U-12 komandasının baş məşqçisi Vaqif Əliyev fikirlərini bizlə bölüşdü:

“Əsas məqsədimiz Azərbaycanda uşaq futbolunun inkişafına töhfə verməkdi. Bu məqsədlə 12 yaşlılardan ibarət komanda ilə turnirə qatıldıq. Onlar burda böyük təcrübə qazandı. Oyunlardakı uğurlu çıxışları bundan sonrakı hədəflərə çatmaq yolunda bizə çox kömək edəcək. Ölkəmizi ən yaxşı səviyyədə təmsil etmək üçün çıxdığımız yolda bunu bacardığımız üçün çox sevincliyəm. Komandamla söhbətlərimdə də vurğulamışdım ki, biz “Neftçi”ni yox, Azərbaycanı təmsil edirik. Buna uyğun da oynamalıyıq. İlk oyuna çıxmamış uşaqlarla söhbətdə onlara motivasiya verdim. Bir çox ölkənin təmsilçiləri ilə qarşılaşacaqları üçün çox həyəcanlıydılar. İzah etdim ki, burda geri çəkilməyə səbəb olacaq heç nə yoxdu. Özümüzü yaxşı tərəfdən göstərməliyik. Birinci gün üçün U-12-nin qarşısına qoyduğum tapşırıq 4 xal idi ki, bunu bacardılar. “Yuventus” qrupun ən güclülərindən idi. Hesab açılmasa da, bu matçda komanda mühitə öyrəşdi, həyəcanına qalib gəlməyi bacardı. Güclü rəqibdən xal almağımız qalan oyunlarda daha yaxşı performans göstərmək üçün təməl rolunu oynadı. Hətta burda oynadığından qat-qat üstün çıxış edən futbolçularımız oldu. Biz qələbəyə köklənmişdik. Hər uşaq özünü sübut etmək üçün var gücü ilə çalışırdı. Maraqlı bir məqamı da qeyd edim ki, ən çox izlənilən matçlar “Neftçi”nin oyunları idi. Hətta digər komandaların baş məşqçiləri və oyunçuları, həmyerlilərimiz gəlib bizi izləyirdilər. İkinci oyun gününə ən yaxın rəqibimiz “Beşiktaş”la qarşılaşma ilə başladıq. Bizim 4, Türkiyə təmsilçisinin isə 6 xalı var idi. Bu əhəmiyyətli oyunda qələbə qazanmaq çox vacib idi. Turun “açar” görüşündə qalib gələndən sonra digər matçlar daha asan alındı. Ardıcıl qələbələrimiz oldu”.


Gənc mütəxəssis çatışmazlıqları da qeyd etdi:
“Ümumilikdə qeyd etməliyəm ki, futbolçularımız fiziki cəhətdən rəqiblərdən çox geri qalırdı. Lakin praktiki və psixoloji üstünlük bizim tərəfdə idi. Vacib məqamlardan biri də odu ki, ölkəmizdə belə turnirlər, çempionatlar müntəzəm keçirilmir. Futbolçular eyni gündə bir neçə oyunda iştirak etməyin ağırlığına yüklənəcək səviyyədə deyil. İstəyirəm ki, gələcəkdə bizi beynəlxalq arenada təmsil edəcək komandalar daha potensiallı, güclü olsun. Bunun üçün də daha çox işləməliyik. Ümid edirəm ki, AFFA bu yöndə lazımi addımlar atacaq. Mənim də təkliflərim var ki, bu barədə çıxış edərək ölkə futboluna daha çox fayda verməyə çalışacam”.


Təəssüf ki, “Qarabağ”ın düşərgəsindən fikir öyrənmək cəhdlərimiz boşa çıxdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

7-04-2023, 14:0

"Qarabağ" heç-heçə ilə başladı - "İzmir Cup"

İdman

8-04-2023, 13:0

"Qarabağ" "Ayntraxt"a, "Neftçi" "Beşiktaş"a qalib gəldi - "İzmir Cup"

Yığma

2-03-2023, 17:0

“Qarabağ” və “Neftçi” nəhənglərlə eyni turnirdə çıxış edəcəklər

Çempionlar Liqası

17-08-2022, 09:0

ÇL-də pley-offun ilk oyunlarına yekun vurulur

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 431
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 189
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə