Avropa Liqasının 1/4 final mərhələsinin “Yuventus” – “Sportinq” matçında (1:0) qorxulu anlar yaşanıb. Buna Voytsex Şçensnı səbəbkar olub.
"Football-plus.az" xəbər verir ki, 40-cı dəqiqədə ev sahiblərinin qapıçısı ürəyini tutub. Narahatedici hadisə “Sportinq”in künc zərbəsi yerinə yetirməyə hazırlaşdığı vaxt baş verib. Dərhal meydana həkimlər daxil olub. Onların rəyinə əsasən 3 dəqiqə sonra qapıçı əvəzlənərək meydanı tərk edib. Bu zaman Voytsexin ağlaması da diqqətdən yayınmayıb. Əvvəlcə mediada polşalı futbolçunun zədələnməsi səbəbindən əvəzləndiyi bildirilib. Lakin sonra məlum olub ki, problem onun ürəyi ilə bağlı olub. Şçensnının ağlaması qorxması ilə əlaqələndirilir. Futbolçunu dərhal xəstəxanaya aparıblar. Müayinə zamanı onun bu orqanında ciddi problemi olmadığı aşkarlanıb.
Təcrübəli futbolçu “Yuventus”un saytına belə açıqlama verib: “Nəfəs almaq mənim üçün çətin idi, bir az qorxdum. Müayinədən sonra hər şeyin qaydasında olduğu müəyyənləşdi”.