Özbəkistanın paytaxtı Daşkənd şəhərində bədii gimnastika üzrə dünya kuboku keçirilir.
“Football-plus.az” xəbər verir ki, turnirdə Azərbaycanın qrup hərəkətləri üzrə ikinci heyətinin üzvləri - Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva 5 halqa, 3 lent və 2 top proqramında finala vəsiqə əldə ediblər.