Bədii gimnastika üzrə 14-16 aprel tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində dünya kuboku keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan yığma komandasının üzvləri, fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri - Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva turnir üçün Özbəkistana yola düşüblər.