"Məğlub olduq, amma çox ziyan yoxdu" - Ançelotti

26.10.2022 10:14 371
Dünya futbolu
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Leypsiq"ə məğlubiyyəti şərh edib.

"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssis matcla bağlı bunları deyib:

“Mən əsəbi deyiləm. Məğlub olduq, narahatedicidi, amma çox ziyan yoxdu. Bir məğlubiyyət bizə on qələbədən daha yaxşı dərs olacaq”.


Qeyd edək ki, Madrid klubu Çempionlar Liqasının pley-off mərhələsinə hələ vəsiqə qazanmayıb.
Turnirin son qalibi Leypsiqdə Real Madrid Kərim Benzema, Federiko Valverde və Luka Modriçsiz kimi əsas oyunçularının xidmətindən yararlana bilməyib. Komanda səfərdən 2:3 hesablı məğlubiyyətlə ayrılıb.