Gimnastlarımızdan gümüş medal

15.04.2023 17:06 219
İdman
Ölkəmizdə keçirilən bədii gimnastika üzrə AGF Trophy” beynəlxalq turnirinin ilk qalibləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan idmançıları da mükafatçılar sırasında yer alıblar.

Gənclərdən ibarət millimizin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə komanda hesabında gümüş medala layiq görülüblər.