Erməni deputat Azərbaycan bayrağının yandırılmasını qınadı

15.04.2023 16:55
Aktual
"Bayraq yandıranlar və onlarla fəxr edənlərə görə biz illərlə geri düşmüşük”.

"Football-plus.az" saytının məlumatına görə, bu sözləri Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının üzvü, deputat Arpi Davoyan deyib.

Xanım millət vəkili buna haqq qazandıranları qınayıb:

“Bayrağın yandırılması qəhrəmanlıqdısa, o zaman həqiqi qəhrəmanlardan daha heç vaxt danışmayın”.