"Sabah"la Avropaya

14.04.2023 19:51 248
Premyer-liqa
"Sabah" azarkeşlərinə müraciət edib.

"Football-plus.az" xəbər verir ki, müraciətdə bildirilir:

Əziz azarkeşlər, bu il “Sabah” tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. Bu tarixi anları bizimlə yaşamaq üçün #SabahlaAvropaya müsabiqəsinə qoşula bilərsiniz. Müsabiqənin qalibləri Avropada keçirəcəyimiz oyunlara komandamızla birgə gedəcək. Müsabiqəyə qoşulmaq üçün:

1. Misli premyer-liqasının 2022-23-cü illər mövsümünün sonuna qədər oyunlarımıza gəlin.

2. Oyundan selfinizi çəkib, aşağıdakı qeydiyyat formasına əlavə edərək bizə göndərin.

3. Qeydiyyat hər oyundan sonra 24 saat ərzində doldurulub, göndərilməlidi.

Qeyd: Selfi verilmiş nümunəyə uyğun olmalıdı. Fotoda həm siz, həm də meydança aydın görünməlidi.

Müsabiqəyə mövsümün sonunda yekun vurulacaq və müsabiqə şərtlərinə tam əməl edən iştirakçılar arasından 3 nəfər qalib seçiləcək.