“Sabah”ın baş məşqçisinə qırmızı vərəqə

8.04.2023 21:34 296
Aktual / Ölkə futbolu
"Sabah"ın baş məşqçisi Murad Murayev qırmızı vərəqə alıb.

"Football-plus.az" xəbər verir ki, o, Misli premyer-liqasının 29-cu turunda "Səbail"lə matç başa çatdıqdan sonra baş hakim İnqilab Məmmədova sərt etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, sözügedən görüş "Səbail"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.