Elman Sultanov nəyə təəccüblənib?

6.04.2023 14:34 554
Ölkə futbolu
Son günlər mətbuatda “Bakılı”nın fəaliyyətini bərpa edəcəyi, növbəti mövsümdən birinci divizionda çıxış edəcəyi barədə xəbərlər dolaşır.

Yazılanlara inansaq, klub prezidenti Misir Əbilov baş məşqçi postunda Elman Sultanovu görmək istəyir və tərəflər arasında bu yöndə artıq razılıq əldə olunub.

Söylənilənlərə aydınlıq gətirmək üçün mütəxəssislə əlaqə saxladıq. Sultanov “Football-plus.az”a açıqlamasında bu xəbərə təəccübləndiyini söylədi:

“Mənə də dünən mətbuatda belə məlumatların yayıldığını deyiblər. Açığı, orda-burda Misir müəllimin “Bakılı”nın fəaliyyətini bərpa etmək istədiyini eşitmişəm. Ancaq özü ilə nə görüşmüşük, nə də telefon danışığımız olub. Hazırda heç bir yerdə çalışmıram. Mövsümün sonuna az qalıb, inanmıram ki, belə məqamda hansısa klubdan təklif alım. Bəlkə yayda nəsə oldu”.


RƏŞAD