İspaniya çempionatının 3-cü divizionunda qeyri-adi hadisə baş verib.
"Football-plus.az" xəbər verir ki, buna “Kordoba”nın oyunçusu Draqisa Qudelin səbəbkar olub.
Onun halı “Ferrol”la matçda qəfil pisləşib və futbolçu yerə yıxılıb. Tibbi heyət infarkt keçirən oyunçuya meydanda ürək masajı edib. Qudel təcili yardım maşınına mindirilərkən qəfil ayağa qalxaraq oyuna davam etmək istəyib. Tibbi heyət futbolçunu maşına minməyə çətinliklə razı salıb. Draqisa müalicə üçün güc-bəla ilə xəstəxanaya aparılıb.