“Turan Tovuz”un legioneri zədələndi

31.03.2023 16:23 315
Premyer-liqa
“Turan Tovuz”un legioner futbolçusu Piruzi Marakvelidze zədələnib.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sumqayıt”la oyunda sıradan çıxıb.

Tovuz şəhər stadionunda keçirilən görüşün 42-ci dəqiqəsində əzələsi dartılan Marakvelidze mübarizəni davam etdirə bilməyib. Nəticədə baş məşqçi Ayxan Abbasov məcburi əvəzləməyə əl ataraq, onun yerinə Turan Vəlizadəni meydana buraxıb.