“Kəpəz”in legionerlərindən azarkeşlərə jest

29.03.2023 11:55 251
Maraqlı
“Kəpəz”in əcnəbi futbolçuları Georgi Kantariya, Mate Kvirkviya və Yeqor Xvalko azarkeşlərə jest edib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar öz hesablarına “Kəpəz” – “Səbail” matçına 54 bilet alaraq azarkeşlərə paylayıblar.

Gəncədəki “Novruz” yarmarkasında fəaliyyət göstərən “Fan Shop”dan bilet alan futbolçular şəhərin mərkəzində biletləri azarkeşlərə veriblər. Onların bu təşəbbüsü maraqla qarşılanıb.

Qeyd edək ki, aprelin 1-də Gəncədə keçiriləcək “Kəpəz” – “Səbail” matçına saat 15:30-da start veriləcək.