“Kəpəz” “Sabah”la oyuna itkilərlə çıxacaq

4.03.2023 18:18 288
Premyer-liqa
Misli premyer-liqasının 25-ci turunda bu gün "Sabah"la qarşılaşacaq "Kəpəz" oyuna itkilərlə çıxacaq.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçilər Ahmed Ayzaya və Giorgi Kantariya görüşü buraxacaq. Ayzaya cəzalıdırsa, Kantariya zədəlidir.

Qeyd edək ki, "Sabah" - "Kəpəz" matçı saat 18.30-da başlayacaq.