“Milan”a zədəli halda qayıtdı

28.03.2023 18:48 201
Dünya futbolu
Pyer Kalulu “Milan”ın düşərgəsinə zədəli halda qayıdıb.

“Football-plus.az” xəbər verir ki, 22 yaşlı müdafiəçi Fransanın gənclərdən ibarət yığmasında zədələnib. Onun sağ baldır əzələsində problem aşkarlanıb. Pyer bu səbəbdən vaxtından əvvəl İtaliyaya qayıdıb. Onun aprelin 2-də A seriyasında keçiriləcək “Napoli” ilə matçı buraxacağı məlum olub. Kalulunun neapollulara qarşı Çempionlar Liqasının 1/4 finalının ilk oyununda (12 aprel) meydana çıxıb-çıxmayacağı hələ ki məlum deyil.

Pyer bu mövsüm “Milan”ın bütün turnirlərdə keçirdiyi 37 matçın hamısında meydana çıxan yeganə oyunçusudu.