“Milan” aparıcı oyunçularını qorumaq siyasətini davam etdirir. Komandanın daha bir üzvü ilə müqavilə yenilənib.
Football-plus.az xəbər vrir ki, Pyer Kalulu qırmızı-qara formanı daha bir neçə il daşımaq hüququ qazanıb. İtaliya klubunun rəsmi saytının məlumatında 22 yaşlı müdafiəçi ilə müqavilənin müddətinin 2027-ci ilin iyunun 30-dək artırıldığı bildirilib.
Kalulu “Milan”a 2020-ci ilin yayında “Lion”dan keçib. O, bu mövsüm A seriyasında 14 matç keçirib.