“Kovid, qubernator və mer Los-Ancelesi məhv etdi”

26.03.2023 21:53 205
İdman
UFC-nin şərhçisi Co Roqan onu Kaliforniya ştatını tərk etməyə, Texasa köçməyə vadar edən səbəbləri açıqlayıb.

“Football-plus.az” xəbər verir ki, o, üç amildən danışıb:

“Los-Anceles artıq həminki yer deyil. Kovid, qubernator və mer – bunlar hər şeyi məhv etdi. Cinayətkarlıq çiçəklənit, onlar adamları məhbəsdən buraxırlar, zorakılıq get-gedə artır. Bardaqdı. Los-Ancelesin əyalət prokuroru monstrdı”.


Roqan Ostindən Los-Ancelesə 2020-də köçüb. Los-Ancelesdə əyalət prokuroru vəzifəsini cinayətkarlara birmənalı münasibət bəsləmədiyinə görə çox tənqid olunan Corc Qaskon tutur.