Bir neçə həftə əvvəl “Çelsi”dən qovulan Tomas Tuxel İngiltərədə çalışmağı planlaşdırır.
Alman mütəxəssis gələcəkdə yerli yığmanı çalışdırmaq istəyir. Bu məlumatı “Bild” qəzetinin jurnalisti Kristian Falk verib. O, Tuxelin məhz bu istəyinə görə “Bayer-04”dən aldığı təklifi geri çevirdiyini bildirib.