• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

İdman

3-07-2022, 09:0

Qəzetimizin ötən sayında “Formula-1” yarışlarının üçqat qalibi Nelson Pikenin Lüis Hemiltonla Maks Ferstappen arasındakı toqquşmanı şərh edərkən britaniyalı pilot haqda “neqinyo” ifadəsini işlətdiyini, bunun isə dünyada irqi təhqir kimi qəbul olunduğunu xəbər vermişdik.

69 yaşlı braziliyalı buna görə Hemiltondan üzr istəməyi lazım bilib:

“Düz olmayan ifadə seçmişəm və buna görə inciyən hər kəsdən səmimi şəkildə üzr istəyirəm. İlk növbədə möhtəşəm pilot olan Lüisdən. Özümə bəraət qazandırmıram. Ancaq izah etmək istəyirəm ki, istifadə etdiyim termin danışıq dilində “oğlan” və ya “adam” sözlərinin sinonimi kimi tez-tez tətbiq olunur. Bir daha təkrarlayıram ki, Lüisi incitmək istəməmişəm. Diskriminasiyaya nə “Formula-1”də yer var, nə də cəmiyyətdə”.


Üzrxahlığa baxmayaraq, Pike paddokda olmaq hüququnu itirəcək. Bu iddia ilə BBC çıxış edib. Beynəlxalq Avtoidman Federasiyası (FIA) Hemiltonla bağlı ifadəyə görə onu belə cəzalandırıb.

Hemiltonla bağlı başqa cəlbedici xəbər də var. Onunla FIA arasındakı münaqişə son həddə çatmaqdadı. Mayın əvvəlində keçirilən Mayami “Qran-pri”sində britaniyalını qurumun qaydalarına əməl etməyə və bəzək əşyalarını çıxarmağa məcbur etmişdilər. Lüis sırğalardan qurtulsa da, burnundakı pirsinqi çıxarmaqdan boyun qaçırmış, bunun, sadəcə, mümkünsüz olduğunu demişdi. FIA ona problemi həll etmək üçün vaxt vermişdi. İyunun 30-da həmin möhlət də bitdi. Lüisin dünənki Silverstoun məşqinə pirsinqlə çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Ünlü pilot pirsinqdən qurtulmasaydı, Böyük Britaniya mərhələsində iştirakına qadağa qoyula bilərmiş.

Hemilton artıq dəfələrlə bu qaydaya əməl etməyə hazır olmadığını, pirsinqi yalnız mövsümlərarası dövrdə çıxaracağını bildirib. FIA da mövqeyindən geri çəkilmirdi. Qurumun prezidenti Məhəmməd bin Sulayemin iddiasına görə, zərgərlik məhsullarına münasibətdə əvvəllər əməl olunmayan qadağa pilotların təhlükəsizliyi baxımından vacib məsələdi. Reqlamentdə qadağa bəndi 20 ildən artıqdı mövcuddu, ancaq qurumun əvvəlki rəhbərləri buna göz yumublar. Bin Sulayem deyir ki, iş yeddiqat dünya çempionunun diskvalifikasiyasına qədər uzana bilər. Hərçənd onun məhz qarşıdakı həftəsonunda belə sərt cəzaya əl atması inanılmaz idi. Çox güman, münaqişə 37 yaşlı britaniyalının cərimələnməsi və ya ona xəbərdarlıq olunması ilə bitəcək.

Axı Silverstoun Hemiltonun ev trassıdı. O, “doğma divarlar” arasında 8 dəfə qalib gəlib ki, bu da mütləq rekorddu (Cim Klark və Alen Prostun burda 5 qələbəsi var). Məhz Hemiltona görə tribuanalara 100 minə yaxın adam toplaşır, ünlü pilot birmənalı şəkildə yerli publikanın sevimlisidi.

Pandemiyadan sonra qadağalar qalxdıqca müxtəlif sahələrdə nəinki əvvəlki rəqəmlərə qayıtmaq, hətta rekord göstəricilərə nail olmaq adi hal alıb. Bunu “Formula-1” həvəskarlarına da aid etmək olar – onlar bir (bəzi ölkələrdə iki) illik tribuna qadağasının əvəzini çıxırlar. Belə ki, Britaniya “Qran-pri”sinin təşkilatçıları həftəsonu boyunca avtodromu 400 min azarkeşin ziyarət edəcəyini gözləyir. Bilet satışının axarı da belə gözləntinin boşuna olmadığını göstərir. Xatırladaq ki, burdakı ötənilki yarışı üç gün ərzində 336 min azarkeş izləmişdi.

Paylaş:
Digər xəbərlər

İdman

1-07-2022, 17:0

Pike irqçilik etdi, Hemiton cavab verdi

Aktual
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
Son xəbərlər
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 231
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə