"Football-plus.az" xəbər verir ki, mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”nın ərazisindəki Milli komandaların məşq mərkəzində keçirilən görüşdə AFFA rəsmiləri çıxış edərək millinin üzvlərinə qarşıdakı məsul oyunlarda uğurlar arzulayıblar. Milli komandanın baş məşqçisi Samir Əliyev AFFA rəhbərliyinin göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, milli komandamız 5-ci İslam Həmrəliyi oyununda avqustun 8-də Səudiyyə Ərəbistanı, 10-da İran, 12-də isə Mərakeş yığması ilə qarşılaşacaq.








