• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

''Telefonuna baxanda gözümə inana bilmədim''

Dünya futbolu

16-09-2022, 20:0

“Roma”'nın və İtaliya futbolunun əfsanəsi Françesko Totti bugünlərdə şəxsi həyatı ilə bağlı İtaliya mətbuatına çox maraqlı etiraflar edib.

O, ''Corriere Della Serra'' nəşrinə verdiyi müsahibədə 17 illik həyat yoldaşı İlari Blazi ilə yaşadığı problemlərdən və ən əsası xəyanətə uğramasından danışıb.

Nağıllardakı kimi başlayan sevgi…
İtaliyada çox populyar olan cütlük bu ilin iyulunda sürpriz şəkildə boşanmağa qərar vermişdi. Həmin vaxt Françesko bunları qeyd etmişdi:

''İlari ilə 20 ilə yaxın davam edən birgə həyatımız, təəssüf ki, başa çatdı. Münasibətdə yaranmış böhranın öhdəsindən gəlmək üçün hər şey etdim. Amma sonda nə qədər ağır olsa da, başa düşdüm ki, yollarımızı ayırmaq ən optimal variantdı. İlari ilə birlikdə üç gözəl övladımızın qayğısına qalmaqda davam edəcəyik. Elə onun özünə də hörmətlə yanaşacam''.
Yerli mətbuat dərhal məşhur futbolçunun yeni sevgilisinin adını açıqladı. Bu, 34 yaşlı model Noemi Bokkidi. Romada böyüyən və ixtisasca dizayner olan bu xanım Totti ilə padel-tennis üzrə turnirlərdən birində tanış olub. Bokki də daha öncə ailəli olub. Onun 10 yaşlı qızı və 8 yaşlı oğlu var.

Totti ilə Blaziyə gəlincə, bu cütlük İtaliyada bir ara hətta Devid və Viktoriya Bekhemlər qədər populyar idi. Totti aktrisa və fotomodel olan bu xanımı 2002-ci ildə televizorda görərək bəyənmiş, onun bacısı Silviya vasitəsi ilə İlarini görüşə dəvət etmişdi. Bu, demək olar, ilk baxışdan məhəbbət idi. Blazi ilk görüşdə heç Tottinin futbolçu olduğunu da bilmirdi. Amma sonradan tez-tez ''Roma''nın oyunları zamanı ''Olimpiko''da peyda olmağa başladı. Onlar 2005-ci il iyunun 19-da həyatlarını birləşdirmək qərarına gəldilər. Toy mərasimi canlı yayınlanırdı və onu 1 milyondan çox insan izləmişdi! 46 yaşlı əfsanənin həyatındakı problemlər 2016-cı ildə, yəni o, karyerasını bitirəndən sonra başladı. Yeni həyata alışmaqda çətinlik çəkdiyi üçün ''Roma'' fanatlarının sevimlisi depressiyaya düşdü. Elə İlari ilə münasibətlər də tədricən soyuyur və pisləşirdi. 2020-nin oktyabrında Tottinin atası koronavirusdan dünyasını dəyişdi. Həmin dönəmi o, belə xatırlayır:
''Sonra mən özüm də koronavirusa yoluxdum. Həyatımın ən çətin dönəmi idi. İlari yanımda deyildi. Halbuki ona heç vaxt olmadığı qədər ehtiyac duyurdum. Ötən ilin yazında bizim münasibətlərimizdə çox ciddi böhran yarandı. Ortada heç ünsiyyət də yox idi. Ortada, ümumiyyətlə, heç nə yox idi''.

…xəyanətlə bitdi
İtaliya ictimaiyyəti düşünürdü ki, məşhur cütlüyün ayrılığı Tottinin xəyanətləri üzündən baş verib. Amma sabiq futbolçu bu faktı təkzib edərək ürəyindəkiləri boşaldıb. Özü də məlum olub ki, İlari Françeskoya onun şəxsi məşqçisi Kristiano İovino ilə xəyanət edib:
''Mətbuatda və ictimaiyyətdə yayılan söz-söhbət mənə yaşamağa mane olurdu. Övladlarımı çox sevirəm (onların Kristian, Şanel və İzabel adlı 3 övladı var – Ə. R.). Ortada 20 il davam edən bir sevgi var idi. Sonluqla bağlı çox şey təsəvvürümə gətirirdim. Amma hər şeyin məhz bu cür bitəcəyini ağlıma da gətirməzdim. Bu məsələ haqda məndən başqa hamı danışırdı. Mən isə söz vermişdim ki bir kəlmə də danışmayacam. Amma çox yalanlar oxudum. Bu yalanlar övladlarıma əziyyət verir. Yetər artıq! Mənim ona birinci xəyanət etməyim haqda deyilənlər yalandı. Ötən ilin sentyabrından etibarən İlarinin həyatında başqa insanların olması haqda qulağıma söhbətlər çatmağa başladı. Bunun mümkün olmadığını düşünürdüm. Amma ortada bir yox, bir neçə insandan söhbət gedirdi. Hətta bunu mənə ən yaxın dostlarım da deyirdi. Gec-tez məndə şübhələr yaranmağa başladı. Onunla birlikdə yaşadığımız 20 il ərzində telefonunu yoxlamamışdım. Elə o da mənim telefonumu heç vaxt yoxlamırdı. Bir gün onun telefonunu əlimə aldım və gözümə inana bilmədim. Özü də yalançı adlardan istifadə edirdi. Onun saç ustası Alessiadan hədsiz çox mesaj olduğunu gördüm. Yazışmalarda başqa-başqa yerlərdə görüşdükləri hiss olunurdu. Bunun səbəbini əvvəlcə anlamadım. Amma ''oteldə görüşərik'' mesajından sonra onun əslində Alessia yox, başqa adam olduğunu anladım. Orda başqa və lap köhnə olan mesajlar da var idi. Dünya başıma çökdü. Hər şeyi içimdə saxlayırdım. Bir dəfə İlari Milanda işlərinin olduğunu və bir neçə gün orda qalacağını dedi. Amma mən onun həmin an Milanda sevgilisi ilə olduğunu bilirdim. Böyük bir depressiyaya düşdüm. Bu mənim üçün əsl şok idi. Çünki İlarinin məndən başqa kiməsə maraq göstərə biləcəyinə inanmaq istəmirdim. Bunu heç kimə, hətta 11 yaşımdan bəri dostum olan Vito Skalaya da danışa bilmədim. Problemdən qaçan insan deyiləm, amma bir müddət heç nə olmayıbmış kimi davrandım. Əslində isə içimdə çox acı çəkirdim. Ağladığım vaxtlar da olurdu. Hələ də ailəmi qoruyub saxlaya biləcəyimi düşünürdüm. Amma bir gün İlaridən izahat tələb etdim. Əvvəlcə inkar etdi və onu tanımadığını söylədi. Sonra hər şeydən xəbərdar olduğumu anladı. Onunla, sadəcə, qəhvə içmək üçün görüşdüyünü dedi. 2021-in martında tanış olduqlarını öyrəndim. Həyatında ondan başqa da adamlar var idi! Məni depressiyadan çıxaran Noemi Bokki oldu. Amma mətbuatda ilk vaxtlar yenə yalan şeylər yazıldı. Onunla əvvəl, sadəcə, dost idik. ''Olimpiko''ya gəldiyi və bir-birimizdən uzaq oturduğumuz gün də dost idik. Onun gəlişindən həqiqətən də xəbərim yox idi. Yoxsa niyə ondan uzaqda oturum? Amma haqqımda deyilənlərdən sonra yenə çətin anlar yaşadım. Sanki mən, mən deyildim. Başqa insan idim. Belə vəziyyətlərdə hər iki tərəf günahkar olur. Başa düşürəm ki, İlariyə daha çox zaman ayırmalıydım. Mənim də günahım var. Ümid edirəm ki, iş məhkəməyə qədər gedib çıxmayacaq və İlari ilə bütün məsələlərdə anlaşaraq yeni həyatımıza başlayacağıq''.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-07-2022, 17:0

Türkiyəli məşhur futbolçu "Qalatasaray"dan küsüb

Aktual
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
Son xəbərlər
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:38
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 234
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə