Xatırladaq ki, əvəzedici heyətin əzif çıxış etməsi, birinci divizionda sonuncu pillədə qərarlaşması klub rəhbərliyini radikal addım atmağa sövq edib.
Onun boş qoyduğu post köməkçisi Azər Mehdiyevə tapşırılıb. 44 yaşlı mütəxəssis “Football-plus.az” saytına açıqlamasında təyinatı ilə bağlı bunları söylədi:
“MOİK məğlubiyyətindən sonra rəhbərlik Vüqar Quliyevlə vidalaşdı. Mövsümün sonuna kimi komandanı çalışdırmaq mənə tapşırıldı. Heyətdə və ya texniki personalda heç bir ciddi dəyişiklik olmayacaq. Bu futbolçularla yola davam edəcəyik. Əsas məqsədimiz turnir cədvəlinin zirzəmisindən çıxmaq, mövsümü daha üst pillələrdə başa vurmaqdı”.
RƏŞAD



