21-ci turda öz meydanında MOİK-ə məğlub olan “Sumqayıt-2”nin baş məşqçi postunda dəyişiklik olacağını xəbər vermişdik.
“Kimyaçılar”ın əvəzedicilərin ardıcıl məğlub olması Vüqar Quliyevin istefaya göndərilməsi ilə nəticələnib. Artıq onu kimin əvəzedcəyi də məlumdu. “Football-plus.az” xəbər verir ki, klub rəhbərliyi mövsümün sonuna kimi komandanın “sükanını” Quliyevin köməkçilərindən biri olmuş Azər Mehdiyevə tapşırıb.
Xatırladaq ki, Mehdiyev 4 ildi “ikincilər”in məşqçilər korpusunda çalışır. O Zaur Hidayətov, Hakan Ünsalın da yardımçısı olub. Onu da qeyd edək ki, “Sumqayıt”ın əvəzedici komandası hazırda 15 komanda arasında sonuncudu.
RƏŞAD