“Sumqayıt” rəhbərliyi tələsik qərar vermək istəmir

17.03.2023 18:28 438
I liqa / Manşet
Bildiyiniz kimi, “Sumqayıt-2”nin baş məşqçisi Vüqar Quliyevin “kreslosonun laxladığını”, komanda MOİK-ə məğlub olacağı halda onunla yolların ayrılacağını xəbər vermişdik.

Çərşənbə axşamı keçirilən oyun ordu klubunun qələbəsi ilə yekunlaşıb. Oyundan sonra isə rəhbərlik Quliyevi istefaya göndərib.

Bizə çatan məlumata görə, rəhbərlik boş qalan postu Vüqar bəyin dönəmində məşqçilər korpusunda yer alan məşqçilərdən birinə tapşıracaq.

Söylənilənləri dəqiqləşdirmək üçün “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi sözügedən məsələ ilə bağlı hələ qərar verilmədiyini bildirdi:

“Bildiyiniz kimi, birinci divizionda fasilə olacaq. Bu səbəbdən rəhbərlik tələsik qərar vermək istəmir. Vüqar müəllimin boşaltdığı posta namizədlər var. Yaxın günlərdə komandanın kimə tapşırılacağı ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

RƏŞAD