Uqo Lyoris kapitan sarğısı ilə bağlı sualı cavablayıb.
"Football-plus.az" xəbər verir ki, bir müddət əvvəl Fransa yığmasındakı çıxışını başa vuran “Tottenhem”in qapıçısı milli komandada sarğını daşımağa daha çox layiq olan futbolçunun adını çəkib:
“Bütün səviyyələrdə - meydanda, ondan kənarda, oyundaşları arasında və paltardəyişmə otağında təsirləri getdikcə artan futbolçu var. Bu, Kilian Mbappedi”.