Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi kim olacaq?

14.02.2023 10:32 292
İdman
Bu gün qadın şahmatçılar arasında Azərbaycan çempionatında XI turun görüşləri keçiriləcək.

Football-plus.az xəbər verir ki, sonuncu turdan sonra qalibin adına aydınlıq gələcək.

Hazırda 6,5 xala malik şahmatçılardan Səbinə İbrahimova, Gövhər Beydullayeva və Xanım Balacayeva müvafiq olaraq ilk "3-lük"də qərarlaşıblar. 5,5 xalı olan Nərmin Abdinova 4-cü, ondan yarım xal az toplayan Ayan Allahverdiyeva 5-ci sıradadır.

Xəyalə Abdulla ilə Gülnar Məmmədova 4,5 xalla 6-7-ci yerləri bölüşdürür. 4 xal toplayan Türkan Məmmədyarova 8-cidir.

Ləman Hacıyeva 3,5 xalla 9-cu, Zeynəb Məmmədyarova 2 xalla 10-cu, Nurtan Nuriyeva isə 1,5 xalla 11-ci pillədədir.

Azərbaycan çempionatı

11-ci tur

Nərmin Abdinova - Xanım Balacayeva

Gövhər Beydullayeva - Zeynəb Məmmədyarova

Gülnar Məmmədova - Ayan Allahverdiyeva

Xəyalə Abdulla - Ləman Hacıyeva

Türkan Məmmədyarova - Nurtan Nuriyeva