Azərbaycanlı güləşçi Avropa çempionatında uduzduğu ermənini vurduğuna görə diskvalifikasiya olundu - VİDEO

14.03.2023 13:51 1 665
İdman / Manşet
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

Football-plus.az xəbər verir ki, dünən, yəni yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Milli üzvlərindən Rəhim Həsənovun (55 kq) erməni Karapet Manvelyanla görüşündə xoşagəlməz olay yaşanıb. Daha dəqiq desək, təmsilçimiz rəqibinə məğlubiyyəti həzm edə bilməyib.

Erməni görüş bitəndən sonra əlini uzadaraq Rəhimlə görüşmək istəyib. Milli üzvü isə nəinki rəqibin əlini sıxıb, üstəlik, onun sifətinə zərbə vurub. Nəticədə Həsənov həm də diskvalifikasiya olunub.