Güləşçimiz Avropa çempionu oldu

15.06.2022 21:32 510
İdman
Azərbaycanın yunan-Roma güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında daha 4 medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, üçüncü yarış günündə Məhəmməd Qasımzadə (60 kq) finalda gürcüstanlı Avtandil Mamaladzeyə tam üstünlüklə (9:1) qalib gələrək Avropa çempionu olub. Vədat Qasımlı (51 kq) və Davud Məmmədov (71 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medala sahib çıxıblar.

Milli komanda qitə birinciliyini 8 medalla başa vurub. Bunlardan 2-si qızıl, 5-i gümüş, 1-i isə bürünc medal olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul