• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Samir Abasova haqq verməyə çalışarkən... - KÖŞƏ

Manşet / Yazarlar

11-03-2023, 11:0

2014-cü ilin elə bu vaxtları idi...

AFFA İcraiyyə Komitəsinin iclası keçirilmiş, indi olduğu kimi, keçmiş və gələcəklə bağlı problemlər müzakirə olunmuşdu. Onda indikindən fərqli AFFA prezidenti Rövnəq Abdullayev mikrofonlar önünə çıxır, iclaslardan sonra jurnalistlərin suallarını cavablandırırdı. Yavaş-yavaş bu ənənə arxa plana keçdi. Nə isə, sözüm onda deyil. 9 il bundan əvvəlin bu günlərində keçirilən AFFA İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev bütün qətiyyəti ilə bəyan etmişdi ki, mövsümün sonunda premyer-liqanı heç kim tərk etməyəcək. Məsələ belə idi ki, “Sumqayıt” sonuncu pillədə yer almışdı, mövsümün əvvəlində qəbul olunan reqlamentə əsasən “Sumqayıt” da elitanı tərk etməliydi. Cənab Abdullayevin özünün bu fikrə düşdüyünü, yoxsa o vaxtkı baş katib Elxan Məmmədovun məsləhəti ilə belə danışdığını demək çətindi. Bir şey dəqiqdi ki, Abdullayev həmin sözləri demişdi.

Sitat təxminən belə idi:

“İmkan verməyəcəm ki, “Sumqayıt” premyer-liqanı tərk etsin. Orda azərbaycanlı gənclər (?!) oynayır, belə də davam etməlidi. “Sumqayıt” premyer-liqada qalacaq”.

Dünyanın heç bir yerində futbol qurumunun özünə hörmət edən prezidenti belə sözlər danışmaz, idman prinsiplərinə tüpürməzdi. Azərbaycanda isə biz çoxdandı belə şeylərə təəccüblənmirik. Elə o vaxt da təəccüblənmədik. Məsələ belə idi ki, “Sumqayıt”ın sonuncu pillədə yer alması komandanın premyer-liqadan düşməsini qaçılmaz edirdi. Bu isə AFFA-da yer alan məlum qruplaşmanın maraqlarına uyğun deyildi. Onlar “Sumqayıt”ın vasitəsiylə xaricdə “qaraladıqları” futbolçuları Azərbaycana gətirir, həmin futbolçulara pasport verib “milliləşdirirdilər”. Bundan sonra da o “milliləşdirilən” futbolçunun qiyməti yüksəlirdi, onun transferindən pul qazanırdılar. “Sumqayıt”ın premyer-liqadan düşməsi isə bu biznesin önünü kəsəcəkdi. Buna görə də idman prinsiplərinə və elitada mübarizə aparan digər klubların üzünə tüpürmək bahasına olsa belə, “Sumqayıt” elitada saxlanılmalı idi.

2014-cü ilin bu aylarında “Sumqayıt” “Rəvan”la sonuncu olmamaq uğrunda mübarizə aparırdı. Bu işə AFFA-nın “qara paltarlıları”, eləcə də qurumun təsir dairəsində olan klublar dəstək verirdi.

Onlar meydanda “Rəvan”a qarşı dişləri-dırnaqları ilə mübarizə aparır, “Sumqayıt”a vacib xalları peşkək etməyə hazır görünürdülər. “Rəvan”ın baş məşqçisi Kamal Alispahiç və klub rəhbərliyi də bu aralar ölkə kubokunun yarımfinalına yüksəlməyin eyforiyasını yaşayırdı. “Rəvan” yarımfinalın ilk oyununda “Neftçi” ilə səfərdə heç-heçə etmişdi, cavab görüşü Bayılda, “sarı-qırmızılar”ın doğma meydanında keçirilirdi. AFFA prezidentinin məlum açıqlaması paytaxt klubunun başının altına yastıq qoydu, onlar elitanı tərk etmək qorxusunun olmadığını düşünərək əsas diqqəti “Neftçi” ilə cavab oyununa yönəltdi. Komandanın əsas legionerlərinə istirahət verildi, guya ki, onlar güclərini qoruyub, “Neftçi”ni finala gedən yollarından kənarlaşdıracaqdılar. Nəticə necə oldu? “Rəvan” “Neftçi”yə uduzdu, finala çıxa bilmədi. Buna qədər isə çempionatdakı həlledici görüşdə “Sumqayıt”a da məğlub olmaqla onlarla yerini dəyişdi, sonuncu pilləyə yuvarlandı.

Bu yerdəyişmə baş verən kimi AFFA “valı dəyişdi”, reqlament yada düşdü. Elxan Məmmədovun da, İcraiyyə Komitəsinin üzvlərinin də yadına düşdü ki, mövsümün əvvəlində qəbul edilən reqlamentə görə sonuncu yerin sahibi elitadan getməlidi. İş o yerə gəlib çatmışdı ki, yeni mövsümün startına qədər bu məsələnin ətrafında müzakirələr davam etdirildi, sonda “Rəvan”ın qətlinə fərman verməkdən çəkinmədilər. Bütün bunlar Samir Abasovun “Futbol+”ə verdiyi müsahibəni oxuyandan sonra bir daha kino lenti kimi gözümün önündən keçdi. Həmkarım Rəşadın Samir bəyə verdiyi “bəs idman prinsipi” sualının cavabına diqqət edin: “biz öz qayadaları olan futbol ölkəsiyik. Nə idman prinsipi?”

Samir Abasov soruşmaq istəyir, amma soruşmur ki, “Sumqayıt” premyer-liqaya idman prinsipiylə gəlib? Onu neçə illərdi orda idman prinsipi ilə saxlayırlar? Yoxsa Kamran Quliyev “Sumqayıt”ın prezidenti kimi yuxudan oyanıb, axşam yatağına “Neftçi”nin prezidenti kimi girəndə həmin prinsiplər qorunurdu? Adam düz deyir, ay AFFA rəsmiləri. Nə əkmisizsə, indi də onu biçin. 9 ildə Azərbaycan futbolu bir addım irəli getməyib. Onda da “Sumqayıt” “zirzəmi”də idi, sizin Azərbaycan futbolunun gələcəyi kimi baxdığınız “Sumqayıt”. İndi də ordadı. Elə AFFA-nın rəhbərliyi də həmin adamlardı.

Ayıbınıza kor olun!

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

31-05-2022, 21:0

İcraiyyə Komitəsinin mühüm qərarları

Ölkə futbolu / Video

1-03-2023, 12:0

Rövnəq Abdullayev FIFA TV-yə müsahibə verib - VİDEO

Aktual
“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
Son xəbərlər
  • Bu gün, 20:07
    “Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
  • Bu gün, 19:27
    Argentinalılar niyə tünd-göy formada oynamaq istəyirlər?
  • Bu gün, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Bu gün, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Bu gün, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
Daha çox
Oxunub: 222
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə