“Cokoviçin Mayamidəki tennis turnirində çıxış etməsinə mane olan yeganə məqam prezident Baydenin əcnəbilərin koronavirus peyvəndindən keçməsi ilə bağlı səhv və antielmi tələbidi. Cənab Prezident, məhdudiyyəti götürün, ona yarışmaq imkanı verin”.
Xatırladaq ki, ABŞ hakimiyyət orqanları peyvənd olunmayan Cokoviçə ölkəyə giriş vizası vermir. Mayamidəki turnir isə 19 mart – 2 aprel aralığında keçiriləcək.

