“Yuventus”u tərk edə bilər

10.03.2023 19:56 215
Dünya futbolu
Adrien Rabyo mövsümün sonunda “Yuventus”u tərk edə bilər.

“Football-plus.az” xəbər verir ki, fransalı yarımmüdafiəçi klubla müqaviləsini yeniləmək ehtimalı ilə bağlı sualı cavablamaqda çətinlik çəkib:

“Agentimin rəhbərliklə sonuncu görüşündən sonra yeni bir xəbər yoxdu. Əlbəttə, Çempionlar Liqası planlarıma çox təsir edir. Mən ən yüsək səviyyədə oynamaq istəyirəm. Klubdakı gələcəyim bu turnirə vəsiqə qazanıb-qazanmayacağımızdan çox asılı olacaq. Hələ ki Çempionlar Liqasında iştirak şansımızı saxlayırıq. “Yuventus” A seriyasında və Avropa Liqasında mübarizəni davam etdirir. Mövsümün sonunda Çempionlar Liqasında iştirakımızı təmin edəcəyimizə ümidliyəm”.