Adrien Rabyo çox güman ki, gələn yay iş yerini tərk edəcək. O, artıq buna içarə vuran mövqeyini ifadə edib.
“Yuventus” rəhbərliyi yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq üçün danışıqlarını davam etdirir. Lakin “La Gazzetta dello Sport”un məlumatına görə, fransız futbolçu müqaviləsini yeniləmək istəmir. O, mövsümün sonunda klubdan ayrılmağı düşünür. Adrienin “Yuventus”la hazırkı müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub. O, bu mövsüm komandada 10 oyuna çıxıb və 4 qol vurub.