Deyəsən, Lionel Messi PSJ-ni yayda tərk edəcək. Onun Səudiyyə Ərəbistanınında oynamaq şansı var.
"Football-plus.az" xəbər verir ki, “Əl-İttihad” argentinalı hücumçuya çox cəlbedici müqavilə təklif edib.
“Marca” qəzetinin yazdığına görə, ərəblər ona ilə 90 milyon avro ödməyə hazırdılar. İspaniyanın digər nəşri “La Vanguardia” isə 35 yaşlı futbolçunun artıq PSJ-nin yeni müqavilə təklifini rədd etdiyini yazıb. Bu mənbəyə görə, tərəflər DÇ-2022 ərəfəsində müqavilənin yenilənməsi ilə bağlı razılığa gəlsələr də, Messi mundialdan sonra PSJ-nin təklifini qəbul etməyib. Buna isə rəhbərliyin təklif etdiyi maaşın dünya çempionunu qane etmədiyi səbəb olub. PSJ “maliyyə feyr-pleyi” planında problemlərə görə Lionelə indiki ilə müqayisədə aşağı məbləğdə maaş təklif etmək məcburiyyətində qalıb. Deməli, ulduz futbolçu bu yay komandanı azad agent kimi tərk edə bilər.
Messi də Ərəbistanda oynayacaq?
Dünya futbolu



