Tovuzlu azarkeşlərin “Bakcell Arena”da ciddi yoxlanılmasının SƏBƏBİ

7.03.2023 15:51 321
Premyer-liqa
"Neftçi" - "Turan Tovuz" matçının startına sayılı dəqiqələr qalmış 100-ə yaxın tovuzlu azarkeş çöldə qalmışdı.

Buna səbəb polislərin onları bir-bir ciddi yoxlaması idi. Hətta biletləri olmayanlar geri qaytarıldı. Ona görə də oyunun startından 10 dəqiqə sonra qonaq komandanın azarkeşləri “Bakcell Arena”nın tribunalarında yerlərini tutmağa başladı.

"Football-plus.az" saytı olaraq ciddi yoxlanışın səbəbini öyrənmək üçün "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Onun söylədikləri belə oldu:

"Təhlükəsizlik tədbirləriylə bağlıdı. Yalnız tovuzluları yox, bizim komandanın azarkeşlərini də ciddi şəkildə yoxlayırdılar. Hətta ötən tur "Neftçi" fanatları 8 dəfə yoxlanılandan sonra stadiona girişlərinə icazə verdilər. Bu hüquq-mühafizə orqanlarının tələbidi. Hər birimiz də buna hörmət və əməl etməliyik".


ABDULLA İSMAYILOĞLU