Bildiyiniz kimi, MBA-da ayın ən yaxşı oyunçuları da açıqlanır.
"Football-plus.az" xəbər verir ki, fevralın qalibləri bəllidi – “Denver”in mərkəz oyunçusu Nikola Yokiç və “Dallas”ın oyun qurucusu Ceylen Branson. “Denver” fevralda keçirdiyi 11 oyunun 9-da qalib gəlib, Yokiç isə orta hesabla 22,6 xal toplayıb, 14,2 ribaund edib və 10,2 məhsuldar ötürmə verib. Yanvarın da ən yaxşısı sayılan serb ulduz “Denver” tarixinə bu mükafatı ardıcıl iki ay alan ilk basketbolçu kimi düşüb. Bransonun ortalama göstəriciləri isə 27,3 xal və 6 ötürmədi. Onun komandası da fevralda keçirdiyi 11 oyunun 9-da qalib gəlib, 2-də uduzub.