FİFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, martın 21-dən 26-dək 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan AVRO-2023-ün əsas mərhələsinin 2-ci qrupunun oyunlarını idarə edəcək. Serbiyada təşkil olunacaq bu qrupun oyunlarında meydan sahibləri ilə yanaşı Ukrayna, Rumıniya və Monteneqro futzalçıları qarşılaşacaq.