UEFA-dan hakimlərimizə təyinat

4.10.2022 11:23 355
Premyer-liqa
FİFA referisi Elçin Məsiyev və köməkçisi Elşad Abdullayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.

Football-plus.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Qeyd edək ki, İtaliya, Yunanıstan, Finlandiya və Kosovo komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 5-dən 11-dək Kosovoda təşkil ediləcək.