"Qəbələ"də zədəli futbolçu qalmadı

4.03.2023 23:05 254
Premyer-liqa
“Qəbələ” Misli premyer-liqasının 25-ci turunun “Qarabağ”la oyununa tam heyətlə hazırlaşır.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, müdafiəçi Rüfət Əhmədov bərpa prosesini başa vurub. O, komanda hazırlıqlarına qoşulub.

Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" görüşü saat 17.00-da başlayacaq.